Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov belaruslu həmkarı Vladimir Makey ilə sentyabrın 2-də Moskvada görüşəcək.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Sentyabrın 2-də Moskvada Rusiya və Belarusun xarici işlər orqanlarının rəhbərləri arasında danışıqlar gözlənilir", - Zaxarova deyib.