Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə kafelərin birində partlayış olub.

Unikal.org xəbər verir ki, bu barədə “Əl Cəzirə” kanalı məlumat yayıb. Bildirilir ki, partlayış nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər ağır və orta dərəcəli xəsarət alıb. İnsidentin qaz balonunun partlaması nəticəsində baş verdiyi bildirilir.

Ətrafdakı avtomobillərə ciddi ziyan dəyib. Yaxınlıqdakı tikililərin sakinləri təxliyyə olunub.