Türkiyənin Çanakkale şəhərində ailədaxili münaqişə faciə ilə başa çatıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, 60 yaşlı Naim Çetinkaya və 25 yaşlı oğlu Faruk Çetinkaya aralarında baş verən mübahisədən sonra ov tüfəngi ilə yarım saat arayla intihar ediblər.
Mübahisədə sonra ilk olaraq ata özünü öldürüb. Atasının intiharından xəbər tutan oğlu da eyni silahla özünü vurub.
Faktla bağlı araşdırma aparılır.