“Pandemiya dövründə məktəblərin və iş yerlərinin açılmasını dəstəkləyirik, lakin karantin qaydalarına ciddi əməl etməyi unutmamalıyıq”.
Unikal.org istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus brifinqdə bildirib.
ÜSt rəhbəri qeyd edib ki, sanitar-gigiyenik qaydalara nə qədər ciddi yanaşılsa, bir o qədər digər məhdudiyyətlərin aradan qaldırılması tez baş tutar.
Qebreyesus əlavə edib ki, karantin qaydalarına riayət etməmək məhdudiyyətərin yenidən ağırlaşmasına səbəb ola bilər.