Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi başa çatıb.
Dövlət İmtahan Mərkəzindən Unikal.org-a verilən xəbərə görə, boş qalan yerlərə qəbul 23 fevral 2020-ci il tarixində keçirilmiş qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.
Boş qalan yerlərə qəbul olmaq üçün 2186 bakalavr proqram və ixtisaslaşma seçimini təsdiq edib. Onlardan 2114-ü Azərbaycan, 72-si rus bölməsi üzrədir.