Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 23 yoluxma halı qeydə alınıb.
Unikal.org xəbər verir ki, bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1510 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5828 nəfər karantində saxlanılır, 232 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1243 nəfərin sağaldığı, 19 nəfərin isə vəfat etdiyi bildirilir.