Daxili İşlər Nazirliyi anasını təhqir edən polislə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
DİN Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, Bakı şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsinin operatoru Kamran Abbasov ailə münaqişəsi zəminində valideynlərinə qarşı yol verdiyi kobud davranışa, işlətdiyi nalayiq ifadələrə, bununla da “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” ilə müəyyən olunmuş qaydaların tələblərini pozduğuna görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.