Fransalı məşhur aktyor Jerar Depardye Rusiya prezidenti Vladimir Putin ilə görüşlərindən danışıb.

Unikal.org xəbər verir ki, Depardyenin sözlərinə görə, o, Fransa prezidenti Emmanuel Makronla görüşdən imtina edib. Lakin Rusiya liderini dəfələrlə görüb. 

“Putin zəng etdi və “Jerar, gəl” dedi. O, dalımca təyyarə göndərdi... mənə pasport verdi”, - deyə aktyor “Canal+”a müsahibəsində bildirib.

Depardye bildirib ki, “Putinlə çox gülür”, lakin onunla gec-gec görüşür, “görüşmək hər 3-4 aydan bir alınmır”.