ABŞ-da Sakit okeanda keçirilən RIMPAC hərbi təlimləri zamanı sabiq hərbi gəmi “Durham” batırılıb. 

Unikal.org xəbər verir ki, hücum anı “The Drive” nəşrində dərc olunub.

Videoçarxdan  görünür ki, gəmiəleyhinə qanadlı raket (böyük ehtimalla RGM-84 Harpoon) dalğaların üstü ilə uçaraq gəminin korpusunun sol hissəsinə çırpılır və partlayır. Onun ardınca isə gəmiyə daha iki raket çırpılır.