ABŞ-da polis daha bir qaradərili şəxsi qətlə yetirib.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, Los-Anceles şəhərində qanunsuz şəkildə velosiped sürdüyü iddia edilən 29 yaşlı Dijon Kizzi polisin “dayan” əmrinə tabe olmayaraq qaçıb. Dijonun qaçarkən əlindən saldığı əşyalarının arasında silah olub və bunu görən polis ona atəş açıb.
Los-Anceles polis rəisi Brandon Dinin sözlərinə görə, Dijon velosipedini qoyub qaçarkan polis əməkdaşlarından birinin üzünə yumruq da vurub.
Baş vermiş hadisədən sonra Los-Ancelesdə növbəti aksiyalar başlayıb.
Xatırladaq ki, may ayında polis daha bir qaradərilini – Corc Floydu atəş açaraq öldürmüşdü. Bu isə ölkədə kütləvi etirazlara səbəb olmuşdu.