İtaliyada son sutka ərzində 978 nəfər koronavirus infeksiyasına yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Bildirilib ki, İtaliyada indiyədək koronavirusa yoluxanların ümumi sayı 270 min 189 nəfərdir.

Son bir gündə pandemiya qurbanlarının sayı 8 nəfər artaraq 35 min 491-ə çatıb, 207 min 944 xəstə müalicə olunaraq sağalıb.