Ermənistanda saxta spirtli içikidən zəhərlənənlərin sayı 27 nəfərə, ölənlərin sayı isə 14-ə çatıb.
Unikal.org “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib.
Onun sözlərinə görə, avqustun 31-dən sentyabrın 2-dək Armavir vilayətində 20 zəhərlənmə hadisəsi qeydə alınıb, onlardan 9-u ölümlə nəticələnib: “7 zəhərlənmə və 5 ölüm hadisəsi isə Yerevanda baş verib”.
Saxta spirtli içki satmaqda şübhəli bilinən Armavir şəhər sakini, 1970-ci il təvəllüdlü Aşot Ovsepyan saxlanılıb. Onun yaşadığı mənzildən ev şəraitində hazırlanan və mənşəyi məlum olmayan 200 litr spirtli içki aşkarlanıb.