Dünyanın neft nəhənglərindən biri olan Küveytin “cibləri boşalıb”.
Unikal.org xəbər verir ki, bu barədə “Bloomberg” yazır.
Qeyd edilir ki, bu, koronavirus pandemiyası zamanı enerji resurslarının qiymətinin düşməsi və neftdən əldə edilən gəlirin azalması ilə əlaqədar olaraq baş verib.
Küveytin milli büdcəsi çox az olduğu və hazırda onun hətta dövlət işçilərinə məvacib verməyə də kifayət etmədiyi bildirilir.