Türkiyə vətəndaşı "Lamborghini" avtomobilinin baqajına qarpız yükləyərək onları satışa çıxarıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İstanbulun Hacı Hüsrev məhəlləsindəki Piyalepaşa Bulvarında ərəb ölkələrindən birinin vətəndaşı olan şəxs bahalı avtomobilinin qabaq baqajında 5 lirəyə (1.15 AZN) qarpız satıb.
Jurnalistlərin və ətrafdakı insanların şəkil çəkməsindən narahat olan adam qarpızları yolun kənarında qoyaraq ərazidən uzaqlaşıb.
Həmin şəxsin niyə qarpız satdığı məlum deyil.