İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni yeni növ koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə 83 yaşlı siyasətçinin rəsmi nümayəndəsi bildirib.

O qeyd edib: "Ehtiyat tədbirləri səbəbindən aparılan testlər nəticəsində Berluskonidə yeni növ koronavirus aşkar edilib. O karantin müddəti keçirəcəyi Arkorу şəhərindəki iqamətgahından işini davam edir".