Türkiyədə son sutka ərzində 45 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, 1596 yeni yoluxma faktı qeydə alınıb. Pandemiya qurbanlarının sayı 6462, virusa yoluxanlar isə 273 301 nəfərə çatıb.
Türkiyədə indiyədək 246 876 pasiyent (son sutkada 947 nəfər) sağalaraq evə buraxılıb.