Çinin ZTE şirkəti rəsmi olaraq yeni məhsulunu – “ZTE Axon 20 5G” smartfonunu təqdim edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, təqdimatı onlayn qaydada keçirilən cihazın əsas xüsusiyyəti hələ bu sənayedə görünməmiş ilk – ekran altında ön kameranın olmasıdır.
İstehsalçı şirkətin mütəxəssisləri smartfon ilə işləyərkən görünməyən ekranaltı kamera matris işləyib hazırlayıblar.
Smartfonun displeyi 2460x1080 piksel icazəli, 90Hz tezlikdə yenilənə bilən 6,92 düymlük OLED paneldir. Böyül ekrana və yeni texnologiyaların tətbiqinə baxmayaraq, smartfon nisbətən yığcamdır: çəkisi - 198 q, qalınlığı isə cəmi 7,98 mm-dir. Telefonun 4 220 mAh batareyanı bir saata tam doldurmalı olan 30 Vt gücündə elektrik yuvası var.
Bu texnologiyanın hazırlanması iki il çəkib. Ekran altına ön kamera yerləşdirmək üçün yeni matrislər, materiallar, ağıllı idarəetmə ilə çiplər və proqram təminatı lazım gəlib. Üzvi və qeyri-üzvi plyonkaların kombinasiyası sayəsində matrisin sahəsi şəffaf halda olur, ön tərəfə düşən işıq miqdarı artır.
Smartfon Çində sentyabrın 10-dan üç konfiqurasiyada - 6/128, 8/128 və 8/256 GB formasında satışa çıxarılacaq. Baza versiya 2 200 yuana (322,6 ABŞ dolları) satılacaq. ZTE hələlik beynəlxalq bazara çıxma vaxtını açıqlamayıb.