Rusiyanın Rostov vilayətində baş verən meşə yanğınları nəticəsində 2 nəfər həyatını itirib.
Unikal.org xəbər verir ki, yanğının əhatə etdiyi ümumi sahə 170 hektara yaxın olub.
Yanğın yaşayış evlərinə də keçib. Belə ki, yanğınsöndürənlər evlərdən birində 2 nəfərin meyitini aşkar ediblər.
Hazırda hadisə yerində təhqiqatçılar və kriminalistlər çalışır.