Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 26 milyon nəfəri ötüb.

Unikal.org  "Worldometers" portalına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 26 milyon 73 min 921, pandemiya qurbanlarının sayı isə 864 min 98 nəfərə çatıb.

İndiyədək 18 milyon 317 min 547 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.