İranın Dezful və Əndimeşk  şəhərlərində zəlzələ baş verib. 

Unikal.org xəbər verir ki, yeraltı təkanlar Dezful şəhərində  yerli vaxtla saat 21:20 dəqiqədə 3.8 bal gücündə qeydə alınıb.

Əndimeş şəhərində isə zəlzələ yerli vaxtla saat 21:29 dəqiqədə 4.1 bal gücündə olub.

Hələlik dəymiş ziyan və xəsarət alanlar barədə  məlumat verilməyib.