Gürcüstandan daha 281 nəfər Azərbaycana təxliyə edilib.
Unikal.org xəbər verir ki, təxliyə edilənlərdən 123-ü Azərbaycan, 151-i Gürcüstan, 5-i Rusiya, 1-i Türkiyə, 1-i isə Ukrayna vətəndaşıdır.
Onlar ötən gün Marneulidəki klinikalardan birində koronavirus testlərindən keçiriliblər və heç birində “COVID-19” virusu aşkarlanmayıb.
Təxliyə edilənlər bu dəqiqələrdə Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından xüsusi ayrılmış 5 avtobusla "Sınıq Körpü" sərhəd keçid məntəqəsinə yola salınıblar.
Qeyd edək ki, aprelin 5-də Azərbaycan-Gürcüstan sərhədlərinin bağlanmasından sonra Gürcüstandan 2 minə yaxın azərbaycanlının təxliyəsi həyata keçirilib.
Gürcüstandan Azərbaycan vətəndaşlarının növbəti təxliyəsinin isə sentyabrın 8-də həyata keçiriləcəyi bildirilib.