Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub.

Nazirlikdən Unikal.org-a verilən məlumata görə,  nazir İnam Kərimovun müvafiq əmri ilə Nazirliyin Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Seymur Mövlayev nazirliyin Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri təyin olunub.

Digər əmrlə isə AKİA-nın keçmiş sədri Mirzə Əliyev AXA-nın rəhbəri vəzifəsinə təyinat alıb.