Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın yaxın vaxtlarda iclasının keçirilməsi gözlənilir.
Unikal.org xəbər verir ki, iclasda Komissiya üzvləri özlərinə sədr seçəcəklər.
Bununla yanaşı, Azərbaycanda korrupsiya ilə bağlı vəziyyətin müzakirə edilməsi gözlənilir.
Qeyd edək ki, Komissiyanın beş üzvü Prezident, beş üzvü Milli Məclis, beş üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin olunur. Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev olub.(oxu.az)