"Bir neçə gün əvvəl AzTv-də çıxışım zamanı Binəqədi prokuroru haqqında kəskin danışmışdım. Dəfələrlə zəng etməyimə baxmayaraq, telefonu qaldırmamış və hörmətsizliyə yol vermişdi".
Unikal.org xəbər verir ki, bunu MCP-nın sədri millət vəkili Razi Nurullayev öz sosial hesabında bildirib:
"Bu gün məlum məsələ ilə bağlı Baş prokurorluğa dəvət edildim və Baş prokurorun birinci müavini hörmətli Elçin Məmmədov ilə görüşdüm.
Milli Məclisin deputatına qarşı edilən sayğısızlıq əsas müzakirə mövzusu oldu və digər məsələlərə də toxunduq. Baş prokuror məsələyə birbaşa özü müdaxilə edib və mən bunu həm Milli Məclisə, həm də Milli Məclisin deputatlarına qarşı sayqı kimi qiymətləndirirəm. Hörmətli Elçin müəllim Baş prokurorluğun müvafiq tədbirlər görəcəyini dedi və bizə də məsələnin sonrakı inkişafını gözləmək qalır".