Futbol üzrə milli komandaların oyunlarında 2020-ci ildə 36 şübhəli matç qeydə alınıb.

Unikal.org xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb. İstintaq bukmeker kontorlarındakı mərclərin dinamikası əsasında aparılıb.

Xəbərdə, potensial qayda pozuntuları da qeyd olunub. Oyunçuların buraxdıqları qol sayına, hakimlərin isə sarı vərəqə sayına görə rüşvət aldıqları bildirilir.

Milli komandaların şübhəli oyunları iki il ərzində iki dəfədən çox artıb.