Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət xəstəxanadan evə buraxılıb.
Unikal.org xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Lalə Şövkətin oğlu Sidqi Şövkət bildirib.
S. Şövkətin sözlərinə görə, hazırda Lalə Şövkət evdədir və vəziyyəti yaxşılaşmağa doğru gedir: “Bir gün əvvəl Lalə xanımı xəstəxanadan evə buraxıblar. Vəziyyəti protokola uyğundur. Həkimlər onun səhhətini nəzarət altında saxlayırlar”.
Qeyd edək ki, yoğun bağırsağında olan şişdən əziyyət çəkən Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət avqustun 22-də cərrahiyyə əməliyyatı olunub.