Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə ilk oyununu keçirəcək.
Unikal.org xəbər verir ki, Canni De Byazinin baş məşqçiliyi ilə ilk oyununa çıxan yığma komanda Bakı Olimpiya Stadionunda Lüksemburqu qəbul edəcək.
Azərbaycan yığması turnirin C Liqasında mübarizə aparır. 1-ci qupda Kipr və Monteneqro kollektivləri də yer alır.
Qeyd edək ki, qrupun digər oyununda Kipr seçməsi evdə Monteneqro yığmasını qəbul edəcək. Azərbaycan yığması 3 gün sonra Millətlər Liqasında Kiprin qonağı olacaq.
UEFA Millətlər Liqası
C Liqası, I qrup
5 sentyabr
20:00. Azərbaycan - Lüksemburq
Hakimlər: Kris Kavana, Daniel Riçard Kuk, Sian Massey, Pol Tirni
Bakı Olimpiya Stadionu