İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın müsabiqə şərtlərinin yumşaldılması və yaranmış vəziyyətlə bağlı müvafiq köməklik göstərilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinə göndərdiyi məktuba cavab verilib. 

Unikal.org xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. 

Onun sözlərinə görə, Ombudsmana cavab məktubu yazılıb, imzalanıb və göndərilib:

“Ombudsmana cavab məktubunu bu sabah ünvanlamışam. Bununla bağlı saytımızda cədvəllər və izahat verilib. Müsabiqə şərtləri DİM tərəfindən müəyyənləşdirilmir. Təhsil Nazirliyi ilə birgə müzakirə edirik”.