Niderlandın premium lak-boya brendi olan “Dulux” 2021-ci ilin əsas rəngini açıqlayıb.
Unikal.org “Dezeen” nəşrinə istinadən xəbər verir ki, gələn ilin rəngi torpaq-bej çaları olan “Brave Ground” (“cəsur torpaq”) elan olunub.
Şirkətin nümayəndələrinin sözlərinə əsasən, bu, təbiətin gücünü əks etdirən universal rəngdir.