Sosial şəbəkələrdə Yasamal rayonu, Akim Abbasov kuçəsi 3 ünvanındakı binanın yaxınlığında ağacların dibinə naməlum şəxslər tərəfindən beton tökülməsi ilə bağlı məlumat yayılıb.

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən dərhal əraziyə baxış keçirilib.

Bu barədə Unikal.org-a Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, acağların dibi betondan təmizlənmiş, ağaclara su verilmiş və ərazi nəzarətə götürülüb.