İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində monitorinqləri davam edir.

Nazirliyin mətbuat xidmətindən Unikal.org-a  bildirilib ki, pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə keçirilən monitorinqlər zamanı ümumilikdə 125 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.