Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyalar artıq ödənilib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Unikal.org-a verilən məlumata görə, pensiya vəsaitləri həmin şəhər və rayonlarda qeydiyyatda olan pensiyaçıların hesablarına köçürülüb.

Vətəndaşlar pensiyalarını Beynəlxalq Bankdan və Kapital Bankdan verilmiş bank kartları vasitəsilə həmin bankların bankomatlarından əldə edə bilərlər.

Respublikanın digər rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların isə ayın 15-də ödənilməsi nəzərdə tutulub.