1980-ci ildən bəri davam edən qloballaşma dövrü “nizamsızlıq dövrü” ilə əvəz olunur.
Unikal.org xəbər verir ki, bu barədə “Deutsche Bank”ın apardığı tədqiqatda deyilir.
Hesabatın müəllifi Cim Reyd qeyd edir ki, yeni dövrün xarakterik xüsusiyyəti Çin iqtisadiyyatının ABŞ-dan üstünlüyü olacaq. Mütəxəssislərin fikrincə, bu ölkələr arasındakı iqtisadi qarşıdurma soyuq müharibə dövründə ABŞ və SSRİ arasındakı münasibətləri xatırladacaq.
Hesabatda qlobal borcların daha da böyüməsi, mərkəzi banklardan alınan “vertolyot pulu” siyasəti və 21-ci əsrdə böyümüş, artıq seçici qabiliyyəti olan gənclərin təsirinin artmağı proqnozlaşdırılır. Həmçinin “nizamsızlıq dövrü” inflyasiyanın artmağı, iqlim problemləri, nəsillər arasında artan rəqabət və yeni bir texnoloji inqilabla əlamətdar olacaq.
Eyni zamanda mütəxəssislər yeni reallıqların mövcud qlobal qiymətləndirmələrə təsir göstərə biləcəyini qeyd edirlər.