Türkiyədən alınan 115 avtobusun hamısı bu ilin noyabr ayına qədər Bakıya gətiriləcək.
Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.
Onun sözlərinə görə, artıq alınan avtobusların Bakıya gətirilməsinə başlanıb: "İlk olaraq 10 avtobus artıq Bakıdadır. Hazırda həmin avtobuslar yoxlaılır. Növbəti həftələrdə də alınan avtobuslar hissə-hissə Bakıya gətiriləcək. Proses oktyabrın sonuna qədər çəkəcək. Oktyabrın sonunda 115 avtobusun hamısı Bakıda olacaq".
BNA rəsmisi qeyd edib ki, bundan əlavə daha 300 avtobusun alınması üçün tender elanı verilib.