Koronavirus pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan və bu ölkədə yaşamaq hüququ olan 14 Azərbaycan, 7 Qazaxıstan və 1 Gürcüstan vətəndaşı bu gün Qazaxıstana yola salınıblar.
Unikal.org bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (Bakı Limanı) istinadən xəbər verir.
Məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri 1” bərə gəmisi ilə yola salınan vətəndaşlar hər zaman olduğu kimi ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı test keçiblər və testin nəticəsi bütün sərnişinlərdə "Mənfi" çıxıb.
Xatırladaq ki, bu il mayın 13-dən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurik limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 5 ay ərzində isə ümumilikdə 240 Qazaxıstan vətəndaşı və 159 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.