COVID-19-un yayılmasına qarşı Azərbaycanda dövlət tərəfindən müxtəlif istiqamətlərdə həyata keçirilən tədbirlər nəticəsində iqtisadiyyatda azalma aşağı səviyyədə oldu. 

Unikal.org xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 10-da keçirilən iclasında Komitə sədri Tahir Mirkişili deyib.

“Bu ilin 7 ayı ərzində ümumdaxili məhsul 2,8 faiz azalsa da, qeyri-neft sektorunda 1,6 faiz artım olub. Bu, digər ölkələrlə müqayisədə çox yaxşı göstəricidir”, - Komitə sədri bildirib. 

T.Mirkişili qeyd edib ki, Maliyyə nazirliyi tərəfindən Azərbaycanın 2021-ci ilin dövlət büdcəsinin ilkin göstəriciləri açıqlanıb: “Yaxın vaxtlarda 2021-ci ilin dövlət büdcəsi  layihəsi müzakirə üçün

Milli Məclisə daxil olacaq. 2021-ci ildə 2,8-3,4 faiz iqtisadi artım proqnozlaşdırılır.  Bu büdcə ilk dəfə orta müddətli xərclər əsasında hazırlanıb”.