Bu il II ixtisas qrupunda keçid balı keçən ilkinə nisbətən aşağı olacaq.
Unikal.org-un məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, ixtisaslar üzrə keçid ballarının ötən ilə nisbətən daha aşağı olacağı gözlənilir: “Amma ola bilər ki, hansısa yeni ixtisasda keçid balı çox yüksək olsun. Ancaq biz bunu indi bilə bilmərik. Çünki bu ixtisaslar üzrə ilk dəfə qəbul aparılır”.