Hər bir ölkə daxilində televiziya və radio proqramlarının maneəsiz qəbulu üçün bu proqramları yayımlayan stansiyalar və onların tezlikləri qonşu ölkələrlə razılaşdırılmaqla Beynəlxalq Telekommunikasiya İttifaqında qeydiyyata alınmalıdır.
Bu məqsədlə 2017-ci ildən 2019-cü ilə qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Azərbaycan ərazisində istifadə olunan radio və televiziya stansiyalarının qeydiyyatı üçün Beynəlxalq Telekommunikasiya İttifaqına dəfələrlə müraciət edilib.
Beynəlxalq Telekommunikasiya İttifaqından alınan rəsmi məlumatlarda Ermənistanın bizim FM radio yayım stansiyalarının qeydiyyatına etiraz etdiyi bildirilirdi və sırf bu səbəbdən müfaviq stansiyaların beynəlxalq qeydiyyatı məsələsi baş tutmurdu.
Hətta Ermənistan tərəfindən heç bir əsas olmadan Ermənistanla sərhəddən kifayət qədər uzaq məsafədə ( Bakı, Quba, Lənkəran və s.) yerləşən çoxlu sayda FM radio yayım stansiyalarının da BTİ-də qeydiyyatına etirazlar edilirdi.
Bu da Azərbaycanın hazırda istifadə olunan TV və radio yayım stansiyalarının beynəlxalq qeydiyyatına və qonşu ölkələr tərəfindən müxtəlif vaxtlarda bizim TV və radio yayımlarına yaranan müdaxilələrin qarşısının alına bilməməsinə səbəb olurdu.
Qeyd olunanlar nəzərə alınaraq, bizim tərəfimizdən də Ermənistanın qeydiyyat üçün BTİ-yə göndərdiyi FM radio yayım stansiyalarına rəsmi etiraz edildi.
Müvafiq tədbirlərin görülməsi üçün tərəfimizdən Respublikanın bu sahətə siyasətini tənzimləyən müvafiq qurumu vasitəsilə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi və Radiorabitə Bürosunun direktoruna diplomatik kanallar vasitəsilə məktublar göndərildi, məsələnin həllinə köməklik edilməsi təkidlə xahiş edildi. Həmçinin məsələ ilə bağlı Azərbaycanın Cenevrədəki Səfirliyinin nümayəndələri tərəfindən BTİ-nin məsul şəxsləri ilə görüşlər keçirildi və Ermənistanın əsassız etirazları onların diqqətinə çatdırıldı.
Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən qarşı tərəflə aparılan uzunmüddətli danışıqların nəticəsi olaraq, BTİ-nin rəhbər şəxsləri və mütəxəssislərinin vasitəçiliyi və iştirakı ilə Cenevrədə 2019-cu ildən başlayaraq müxtəlif vaxtlarda hər iki tərəfin ekspertlərin iştirakı ilə müzakirələr aparıldı. Xüsusilə qeyd edək ki, onların bu görüşdən istifadə edib sonradan hiyləgər addım ata biləcəklərini nəzərə alaraq, Azərbaycan tərəfdən Nazirliyin müvafiq şəxsləri düşmənlə birbaşa deyil, beynəlxaql təşkilatın vasitəçiliyi ilə görüşlərə qatılmağa razılıq verdi.
Bu müzakirələr zamanı Azərbaycanın qeydiyyat üçün BTİ-yə təqdim etdiyi FM radio yayım stansiyalarının Ermənistanın yayım stansiyalarına hər hansı maneə təsirinin olmadığı texniki hesabatlarla BTİ-nin mütəxəssislərinə və qarşı tərəfə sübut olundu
BTİ-nin rəhbər şəxslərinin iştirakı ilə Cenevrə şəhərində keçirilmiş iclasda BTİ-nin məsul şəxslərinin təklifinə əsasən hər iki tərəfdən radioyayım stansiyalarının bir hissəsinə edilmiş etirazların geri götürülməsi qəbul edildi. Ermənistanın sözügedən məsələnin həllinə qeyri-konstruktiv yanaşması, dəfələrlə müzakirələrdən yayınması və yersiz iradların qarşısının alınması üçün görüşün nəticələri BTİ-nin məsul şəxsləri tərəfindən protokollaşdırıldı.
Azərbaycan tərəfi bundan sonra bu protokola uyğun olaraq, Ermənistanın bizim FM stansiyalara edilmiş etirazların geri götürülməsini tələb etdi və etirazıların geri götürülməsi barədə BTİ-nin rəsmi məlumatını nəzərə alaraq eyni sayda və bizim yayımlara hər hansı təsir yaratmayacaq Ermənistanın radio stansiyalarına edilmiş etirazın geri götürülməsi barədə BTİ-yə məktub göndərildi.
BTİ-nin məsul şəxslərinin iştirakı ilə müxtəlif vaxtlarda keçirilmiş iclaslar zamanı hər iki tərəfdən eyni sayda olmaqla etiraz edilmiş çoxsaylı stansiyalardan 134 FM radioyayım stansiyalarına (yəni, Azərbaycan tərəfindən 134 FM stansiya və Ermənistan tərəfindən 134 FM stansiya) edilən etirazlar geri götürüldü.Qeyd edək ki, qalan radio yayım stansiyalarına da Ermənistanın etirazlarının geri götürülməsi üçün aidiyyəti diplomatik kanallarla işlər davam etdirilir və nəticəsi barədə ictimaiyyətə mütəmadi məlumatlar təqdim ediləcəkdir.
Sözügedən iclaslarda guya Ermənistana tezlik verilməsi kimi mətbuatda əhalini çaşdıran fikirlər tamamilə həqiqətə uyğun deyil və bu iclasın əsas məqsədi Azərbaycanın radio yayım stansiyalarının təkcə Ermənistan deyil, həm də digər ölkələrin müdaxiləsindən beynəlxalq səviyyədə qorunmasını təmin etmək idi və buna da nail olundu.
Bir məqamı heç kəs unutmasın ki, Dağlıq Qarabağdakı qeydiyyatda olan bütün radiostansiyalar Beynəlxalq Telekommunikasiya İttifaqında Azərbaycanın adındadır və bu stansiyalar müzakirə mövzusu ola bilməz. Biz müzakirələr nəticəsində Tovuz, Qazax, Naxçıvan və respublikanın digər ərazilərindəki radiostansiyalarımıza maneələrin yaranmaması üçün onların beynəlxalq qeydiyyatını apardıq. Qeyd edək ki, BTİ BMT-nin qurumudur və Azərbaycanın ərazi bütövlüyü birmənalı qəbul olunduğu üçün ərazilərimiz daxilindəki heç bir stansiya ermənilərin adı altında qeyd oluna bilməz və bunu biz mütəmadi izləyirik.Sadəcə torpaqları işğal altında olan bir sıra rayonlarımıza infrastruktur baxımından təbii olaraq birbzşz nəzarət etmək mümkünsüz, ancaq o rayonlar ki, Erməni vandalları tərəfindən işğal altındadır bu ərazidə yaradılan heç bir infrastrukturbeynəlxalq səviyyədə tanına bilməz,Azərbaycan dövləti buna imkan verməz!
Sözügedən iclaslarda tezliklərin verilməsi və ya satılması kimi mətbuatda yayılan məsuliyyətsiz və səriştəsiz şəxslərin fikirləri yanlışdır və əsassızdır. Bu fikirlər siyasi məqsədlərə yönəlib və əhalini çaşdırmaq məqsədi güdür və Ermənistanın indiyədək apardığı qeyri-konstruktuv mövqeyə və hərəkətlərə haqq qazandırır. Keçirilmiş iclaslarda Azərbaycanın milli maraqları qorunub, haqlı mövqeyi əsaslı sübutlarla təsdiq edilib və ölkənin efir təhlükəsizliyinə mövcud təhdidlərin və müdaxilələrin aradan qaldılırması üçün müvafiq beynəlxalq normaların bərqərar olunmasına nail olunub.
Baxmayaraq ki, Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyi adıçəkilən mövzu ilə bağlı “Azərbaycanın müvafiq radio yayım stansiyalarının Beynəlxalq Telekommunikasiya İttifaqında (BTİ) qeydiyyata alınması Ermənistan tərəfinin etirazlarına baxmayaraq təmin edilib.”( https://mincom.gov.az/az/view/news/929/azerbaycanin-muvafiq-radio-yayim-stansiyalari-beynelxalq-qeydiyyata-alin)-başlıqlı yazını aylar öncə öz rəsmi saytında və yüzlərlə KİV vasitəsilə ictimaiyyətə çatdırıb, erməni dəyirmanına su tökən, erməni mətbuatına “söz” ötürən və özünü millətin gələcəyini xilas edə biləcək “şəxsiyyət” hesab edən dıranaqarsı ictima-siyasi xadimciklər bu qədər böyük mahiyyəti olan və nəticədə erməni kimi düşmənin yalanını beynəlxalq səviyyədə ifşa edən bir sənədi Azərbaycana qarşı istifadə edib, populist çıxışları ilə kimlərisə gözdən salmaq, ictimai fikrə mənfi təsir etmək istəyirlər. Bu ünsürlər hansısa sənədlərin var olduğundan danışmazdan öncə, Azərbyacanın erməni kimi bir düşməni olduğunu xatırlamalı idilər, təbii ki, erməni və ermənikimilərin diqtəsi ilə danışmırlarsa. Siyasi mövqeyinin fərqli olması erməni kimi davranmaq demək deyil, hər bir azərbaycanlı istənilən mövzuda publik olaraq danışıb, istənilən addımı atarkən erməni kimi bir düşməninin onun hər bir addımını Azərbaycan əleyhinə istifadə edə biləcəyini dərk etməlidir!
Elvin Rüstəmov