Sentyabrın 16-dan Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2020/2021-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək, proses sentyabrın 18-də yekunlaşacaq.
Unikal.org xəbər verir ki, abituriyentlərin tapşırıqlarını qiymətləndirmək üçün Qabiliyyət İmtahanı Komissiyası yaradılıb. Komissiyaya memarlıq ixtisası üzrə mütəxəssis
hazırlığını həyata keçirən ali təhsil müəssisələrinin mütəxəssisləri, yaradıcılıq ittifaqlarının üzvləri və DİM-in əməkdaşları daxil edilib.
Pandemiya şəraitinin tələblərinə uyğun olaraq universitetin imtahan keçirilən binasında - İdman zalında bir sıra profilaktik tədbirlər - binaların və otaqlarınndezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğunnşəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (əlcək,ntibbi maska) təmin olunması həyata keçirilib. Karantin şərtlərinə əsasənniştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazənveriləcək. İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektronntermometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdənnistifadə olunacaq.
Məlumat üçün onu da bildirək ki, 1-ci ixtisas qrupunda xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün ümumilikdə 230 abituriyent DİM-in saytında qeydiyyatdan keçib. Qabiliyyət imtahanında ortaya çıxan problemləri, imtahanın nəticələrdən narazı qalan abituriyentlərin şikayətlərini araşdırmaq üçün AzMİU-da Münaqişə komissiyası yaradılıb.