“Bu il III ixtisas qrupunda ali məktəblərə rus bölməsi üzrə qəbul üçün 1 102, birgə müsabiqəyə isə 2 090 plan yeri təqdim edilib”.
Unikal.org xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, Azərbaycan bölməsinin abituriyentlərinin və onlar arasında yüksək bal toplayanların sayı çox olduğundan birgə müsabiqə üçün təqdim edilən yerlərin əksəriyyətinin Azərbaycan bölməsinin abituriyentləri tuturlar: “Ötən il Azərbaycan bölməsi ilə rus bölməsinin keçid balları arasında kəskin fərq vardı. Azərbaycan və rus bölməsində ixtisaslar üzrə bal fərqi 100-150 idi. Biz bu il də rus bölməsi üzrə plan yerlərinə qəbulda həmin vəziyyəti gözləyirik, amma birgə müsabiqədə bu belə olmayacaq”.