Müəllimlərin işə qəbulu üzrə cari ilin 8-9 sentyabr tarixlərində keçirilən vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.
Bu barədə Unikal.org Təhsil Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, elektron yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.Nəticələrə əsasən, 2699 namizəd vakant yer tutub.
Vakant yer tutmuş namizədlər 16 sentyabr saat 18:00 tarixinədək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.
Qeyd olunan tarixədək sənədlərini müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməyən şəxslər tutduğu vakant yerdən imtina etmiş hesab olunacaq.