“Bəzi kütləvi informasiya saytlarında gedən məlumata əsasən 14 sentyabr 2020-ci il tarixindən “Binə” Ticarət Mərkəzi öz fəaliyyətini bərpa edəcəkdir. Lakin bildirmək istəyirik ki, Nazirlər Kabinetinin qərarına əsasən koronovirus pandemiyası səbəbindən “Binə” və “Sədərək” Ticarət Mərkəzləri öz fəaliyyətlərini dayandırmışlar”.
Bu barədə Unikal.org-a “Binə” Ticarət Mərkəzinin rəhbərliyi tərəfindən verilən məlumatda deyilir.
Məlumatda qeyd edilir ki, news24.az və digər saytlarda gedən məlumat həqiqəti əks etdirmir: “Adları çəkilən Ticarət Mərkəzləri Nazirlər Kabinetinin yanında Operativ Qərargahın müvafiq qərarından sonra fəaliyyətlərinə başlayacaqlar.
Hələ ki, “Binə” Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarlar və fiziki şəxslər öz fəaliyyətlərini onlayn davam etdirirlər”.