"Telefonda SIM-kartın ayarlarına toxunmamalısınız. Diqqətsiz bir hərəkət etsəniz, mütəxəssis köməyi olmadan telefonu zavod parametrlərinə qaytarmaq mümkün olmayacaq".
Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın "Gamesup42" şirkətinin Baş əməliyyat direktoru Olqa Timofeyeva xəbərdarlıq edib.
O, həmçinin bildirib ki, ayarlarda dəyişiklik edilərsə, internet, yaxud mobil rabitəyə giriş itə bilər:
"Abunəliklər və ya pullu xidmətlərlə çox diqqətli olmalısınız. Əgər bu xidmətlər operator tərəfindən SIM kart menyusuna daxil edilibsə, onları ləğv etməyə çalışmayın".
Olqa Timofeyeva qadjetin işində müstəqil olaraq dəyişiklik etmək məqsədi ilə "tərtibatçı rejimi"ndən istifadə etməməyi məsləhət görüb. Mütəxəssisin sözlərinə görə, bu bölmə istehsalatda smartfonların quraşdırılması üçün lazımdır. Orada hər hansı bir dəyişiklik, nasazlıqlara və ya telefonun zədələnməsinə səbəb ola bilər.