Payız aylarında anadan olan uşaqlar astma, allergiya və pollinoza daha çox meylli olurlar.
Unikal.org xəbər verir ki, bu barədə “Daily Mail” həkim Cessika Hueyə istinadən xəbər verir.
Huey Kolorado ştatında Milli yəhudi sağlamlığı tibbi mərkəzində işləyir. Onun komandası payızda doğulan uşaqlarda yuxarıda sadalanan xəstəliyin daha çox rast gəldiyini müəyyən edib.
Bu uşaqlarda daha ciddi xəstəliklərə gətirib çıxaran allergik reaksiya olan atopik marş da tez-tez müşahidə olunur. Mütəxəssislərin sözlərinə əsasən, bu, bakretial mühitlə də əlaqədar ola bilər.
Alimlər hesab edirlər ki, allergiya, böyük ehtimalla, uşaqlıqda yarana bilər. Belə ki, bu dövrdə körpənin quru və çatlamış dərisindən orqanizmə allergenlər keçir. Hazırda isə mütəxəssislər uşaqların dərisinin həqiqətənmi payızda daha az müdafiə olunduğunu müəyyən etməyə çalışırlar.