"Xüsusən pandemiya dövründə əksər dünya ölkələrinin iqtisadiyyatında tənəzzül müşahidə olunur. Hətta inkişaf etmiş ölkələrdə bir çox sosial layihələr ixtisara düşüb".
Bunu Milli Məclisin deputatı Cavid Osmanov Unikal.org-a açıqlamasında deyib. O bildirib ki, Azərbaycanın iqtisadiyyatında da az da olsa geriləmə var:
"Koronavirus pandemiyasının yeni elan olunduğu zamandan etibarən cənab Prezident İlham Əliyev müxtəlif tədbirlər zamanı qeyd etmişdir ki, baxmayaraq ki iqtisadiyyatda gerimələr var, amma heç bir sosial layihə, eyni zamanda nəzərdə tutulan tədbirlərin heç biri ixtisara düşməyəcəkdir.
Bu ili təhlil edərkən biz görürük ki, ölkə Prezidenti, cənab İlham Əliyev sosial layihələrlə bərabər ölkəmizin şəhər və rayonlarında, bölgələrdə infrastruktur layihələri həyata keçirir. Burada həm abadlıq-quruculuq işləri, yeni təhsil müəssisələrinin tikintisi, yol infrastrukturunun yenilənməsi həyata keçirilir. Bu o deməkdir ki, Azərbaycan doğrudan da güclü və qüdrətli bir dövlətdir. Baxmayaraq ki, pandemiya dünyada tüğyan edir, lakin Azərbaycan heç bir layihəni kənarda qoymayıb. Bütün bu layihələr icra olunur.
Bütün bunlar cənab Prezident İlham Əliyevin apardığı düzgün siyasətin nəticələridir. Bu gün mənim təmsil etdiyim Ağdaş rayonunda da yeni məktəblərin, uşaq bağçalarının tikintisi davam edir. Elə bu gün Prezident İlham Əliyev kəndlər arası yolların tikintisi üçün sərəncam da imzaladı.
Ağdaş rayonunun 11 kənd yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı işlər davam etdirilir. Bu gün də gördük ki, Prezidentimiz yeni tikiən məktəb və parkın açılışında iştirak etdi."
Murad İbrahimli