Əkbər Hacıyevin bitməyən fiaskoları
15:57 15-12-2012
CƏMİYYƏT
Əkbər Hacıyevin bitməyən fiaskoları
"Azəriqaz"ın məhkəmələri uduzmasının sirri nədir?
Artıq bir neçə aydır ki, ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyinin adı çeşidli məhkəmə iddialarında hallanır. Sözügedən istehsalat birliyi bir-birinin ardınca çeşidli dövlət qurumlarını və müəssisələri məhkəməyə verir, bunların çoxunda isə çıxarılan qərar Əkbər Hacıyevin rəhbərlik etdiyi "Azəriqaz"ın əleyhinə olur.
Öncə gəlin son bir neçə ayda yaşanan belə nümunələrin bəzilərini xatırlayaq. Məsələn, 5 ay əvvəl "Azəriqaz"ın Penitensiar Xidmətin 13 saylı həbsxanasına qarşı qaldırdığı iddia ərizələri məhkəmələr tərəfindən rədd olunub. "Azəriqaz" istehsalat birliyi təbii qazdan istifadəyə görə yaranmış borca görə əvvəlcə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində həbsxanaya qarşı iddia qaldırsa da, sözügedən məhkəmə qaz təsərrüfatı birliyinin şikayətini rədd edib. Bu qərardan "Azəriqaz" apellyasiya şikayəti verib. Amma Bakı Apellyasiya Məhkəməsinin hakimi Vidadi Məmmədovun sədrliyi ilə ötən həftə məhkəmə həbsxananı haqlı sayan birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb.
Bundan əvvəl isə məhkəmələr işdən çıxarılmış vətəndaşın "Azəriqaz"a qarşı iddiasını təmin edib. Belə ki, ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyində çalışan Arifə Mehmanova işdən çıxarılmasını qanunsuz sayıb. O, Xətai rayon Məhkəməsində işə bərpa ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinə qarşı iddia qaldırıb. Məhkəmə iddianı təmin etməyib. Məhkəmənin qərarından narazı qalan Arifə Mehmanova Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Bakı Apellyasiya Məhkəməsi Xətai rayon Məhkəməsinin qəbul etdiyi aktı ləğv edərək yeni qətnamə qəbul edib. Azərbaycan Ali Məhkəməsi də Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb.
Bir neçə gün əvvəl isə Bakı Apellyasiya Məhkəməsində "Azəriqaz" ASC-nin Səhiyyə Nazirliyinə qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. Apellyasiya şikayəti təmin olunmayıb. Qeyd edək ki, ASC istifadə olunmuş qazın dəyərinin ödənilməsi barədə iddia ilə əvvəlcə 1 saylı Bakı Yerli İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etmədiyi üçün apellyasiya şikayəti verilib.
Belə nümunələrin sayı hesabı yoxdur, internet üzərindən kiçik bir araşdırma apardıqda təkcə bu ilin ortalarından başlayaraq "Azəriqaz"ın çeşidli məhkəmə iddiaları ilə çıxış etdiyini, sonucda isə bir qayda olaraq məhkəmələrin qurumun əleyhinə qərar çıxarması faktı ilə üzləşdiyini görmək olar. Bəs bunun səbəbi nədir?
Mövzu ilə bağlı söhbətləşdiyimiz adının çəkilməsini istəməyən mənbə Əkbər Hcıyevin qurumunun məhkəmə fiaskoları ilə bağlı müşahidələrimizin doğru olmasına diqqət çəkdi: "Həqiqətən də "Azəriqaz" hazırda onlarla dövlət qurumu və müəssisəsinə hüquqi savaş açmış vəziyyətdədir, amma di gəl ki, çıxarılan məhkəmə qərarları da əksərən adıçəkilən istehsalat birliyinin əleyhinə olur. Mən bunun müxtəlif səbəblərini görürəm. Birinci səbəb odur ki, Əkbər Hacıyevin ora rəhbər təyinatından sonra "Azəriqaz" çəkisini itirdi - əlbəttə, bu qurum strateji əhəmiyyətini saxlayır, amma Əlixan Məlikovun gedişi və Əkbər Hacıyevin gəlişi ilə "Azəriqaz" rəhbəri postu faktiki olaraq əvvəlki siyasi ranqa, təsir imkanlarına və nüfuz gücünə malik deyil. Bizim məhkəmələr isə qərar çıxaranda bu amili mütləq nəzərə alırlar. Belədə onların adını da eşitmədikləri bir adamın rəhbərlik etdiyi hansısa dövlət qurumunun hansısa mötəbər nazirin başında dayandığı nazirliyə qarşı iddialarını təmin edəcəklərini gözləmək sadəlöhvlükdən başqa bir şey deyil".
Həmsöhbətimiz hesab edir ki, burada digər mühüm bir faktor "Azəriqaz"da hüquqi kadr qıtlığı ilə bağlıdır: "Əkbər Hacıyevin təyintından sonra onun "kadr islahatı" adı ilə "Azəriqaz"ı əvvəlki rəhbərin dönəmindəki bir çox təcrübəli mütəxəssislərdən təmizlədiyi barədə mətbuatda çox yazıldı. Dəqiq demək çətindir ki, bu
"təmizləmələr"dən "Azəriqaz"ın peşəkar hüquqşünasları da öz nəsiblərini alıblar, ya yox, amma mümkündür ki, istehsalat birliyinin ard-arda məhkəmələri uduzması həm də qurumun məhkəmə iddialarının peşəkarlıqdan uzaq hazırlanması ilə əlaqədardır".
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50