Abonentlərin "Bakcell"dən narazılığı artır
15:58 15-12-2012
CƏMİYYƏT
Abonentlərin "Bakcell"dən narazılığı artır
Bu mobil operator müştərilərin balansına girməkdən tutmuş çox şeydə ittiham olunur
Oxucular tez-tez "Bakcell"in - Azərbaycanda ilk mobil operatorun işindən narazılıqlarını ifadə edirlər. Şikayətlər müxtəlif xarakterli olsa da, onları bir neçə qrupda ümumiləşdirmək olar. Amma onların oxucuya aydın olması üçün daha parlaq nümunələr üzərində dayanaq.
Məsələn, soyadını bildirmək istəməyən Orxan adlı oxucu qeyd edir ki, uzun müddətdir "əla cin" paketinin istifadəçisidir. Bu paket şəbəkədaxili danışıqlar üçün bir saata 7 qəpik, digər abonentlərlə isə dəqiqəsi 9 qəpik ödəniş nəzərdə tutur. İlk vaxtlar abonentin heç bir narazılığı olmayıb. Amma 10 gün əvvəl onun 2 saniyəlik danışığı üçün balansından 7 qəpik çıxılıb, halbuki 2 saniyəyədək bu məbləğ 2 qəpik olmalı idi. Abonent başqalarından öyrənməli oldu ki, üç gün əvvəlki qaydalara görə, tariflər qaldırılıb. Və indi abonent sual edir: nə üçün bizi xəbərdar etməyiblər? Necə olur ki, hər cür bezdirici reklam SMS-ləri göndərilir, amma tariflərin qaldırılması ilə bağlı xəbərdarlıq göndərilmir?
Bundan başqa, əvvəllər abonentlər 80 qəpik (halbuki cəmi 78 qəpik yüklənirdi) məbləğində kredit götürə bilirdilər, sonradan bunun üçün 96 qəpik ödəyirdilər. Amma ötən aydan 1 manatlıq kredit üçün faiz dərəcəsi 20 qəpiyə başa gəlir. Ola bilsin ki, faiz nisbətinə görə bu, doğrudur, amma hesablama zamanı müəyyən çətinliklər ortaya çıxır. Məsələn, əvvəllər 1 manatlıq kartı yüklədikdə, bu həm borcu ödəməyə, həm də bir az danışmağa kifayət idi. İndi isə 1 manat 20 qəpiklik borcu qaytarmaq üçün mütləq 2 manatlıq kart almalısan. Və ümumiyyətlə, 20 faizlə kredit hətta bank sistemində belə yüksəkfaizili sayılır, üstəlik, orada kredit müddəti davamlı, risk dərəcəsi yüksəkdir (əgər belə deyilsə, biz üzr istəməyə hazırıq).
Daha bir hadisə. Bu günlərdə başqa bir "əla cin" abonenti 1 manatlıq kontur yükləsə də, telefonla cəmi 7 qəpiklik danışa bilib. Nə üçünsə ondan 17 qəpik çıxıblar. Operatora müraciətin də xeyri olmayıb. Məsələyə texniki şöbədə baxıblar və belə bir cavab gəlib: qeyri-qanuni heç nə yoxdur, pul düzgün çıxılıb. Əlbəttə, o, 10 qəpiyə görə ora-bura müraciət etməyib, bu arada isə "Bakcell"... nə üçünsə "əla cin"in yeni tarifinə keçəndən sonra başqa operatorlarla danışıqlar üçün 30 saniyədə 6 qəpik çıxıb, halbuki 1 dəqiqə rəsmən cəmi 9 qəpikdir. "SevimliCin" tarif paketinə görə, şəbəkədaxili danışığın 1 dəqiqəsi 0,06 qəpikdir. Amma cəmi 8 saniyə əvəzində 3 qəpik çıxılırsa, bu reklam olunan tarif barədə nə demək olar? Yenə də abonent sonadək getmək istəməyib.
Bu da oxucularımızın bizə danışdığı bir neçə nümunə, şəbəkədəki nasazlıqları və daha az hiss olunan qüsurları nəzərə almadıq. Onlar xahiş etdilər ki, "Bakcell" rəhbərliyinə çatdıraq: mümkünsə, yeni qaydalar - xüsusən onlar maliyyə ilə bağlıdırsa -bu barədə əvvəlcədən abonentlərə məlumat verin, əks halda, belə çox davam etsə, abonentləri itirəcəksiniz. Artıq nömrəni dəyişmədən operatoru dəyişmək də mümkün olacaq. Əgər tarifləri endirmək yerinə onları qaldırsanız, Azərbaycanın mobil rabitə bazarında çox duruş gətirə bilməyəcəksiniz.
Məmməd Əfəndiyev
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27