Londonun ICE birjasında “Brent” markalı neftin noyabr fyuçers müqaviləsinin dəyəri 1,94% artaraq bir barel üçün 43,04 dollar təşkil edib.
Unikal.org TASS-a istinadən xəbər verir ki, ticarət hərracında saat 18:22-yə (Bakı vaxtı ilə) olan məlumatlar buna dəlalət edir.
Sonuncu dəfə “Brent” markalı neft 43 dollar/bareldən yuxarı bu ilin sentyabrın 4-də satışa çıxarılıb.
Saat 18:25-də (Bakı vaxtı ilə) bu markalı neftin bir barelinin qiyməti 1,42% artaraq 42,82 dollara çatıb.
Eyni zamanda WTI markalı neftin qiyməti 1,11% bahalaşaraq 40,86 dollar/barelə çatıb.