Keçmiş model və aktrisa Emi Dorris 1997-ci ildə ABŞ prezidenti Donald Tramp tərəfindən cinsi təcavüzə məruz qaldığını açıqlayıb.
Unikal.org xəbər verir ki, aktrisa bu barədə “Guardian” qəzetinə müsahibəsi zamanı danışıb.
O bildirib ki, Tramp həmin ilin 5 sentyabr tarixində ABŞ-ın Nyu-Yorkdakı Açıq Tennis Çempionatında öz VİP-lojasınının tualet otağında onun bütün bədən nahiyələrinə toxunub və aktrisanı qaça bilməmək üçün güclə bərk-bərk saxlayıb. Onun sözlərinə görə, Emi o zaman 24, Donald Tramp isə 51 yaşında olub.
Nəşrin yazdığına görə, aktrisanın Trampla keçirilən tədbirdən fotoşəkilləri və biletləri də qalıb. Eminin sözlərini artıq bir neçə nəfər də təsdiqləyib.
O bildirib ki, hadisə ilə bağlı 2016-cı ildə açıq şəkildə danışmaq istəsə də, ailəsinə görə qorxub.
Qeyd edək ki, daha əvvəl 20-yə yaxın qadın Trampı zorakılıqda ittiham etmişdi.