Rusiya Federasiyası Başqırdıstan Respublikasının sakini evdə dünyaya gətirdiyi övladını zibil yeşiyinə atıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, zibillikdən gələn ağlamaq səsini eşidən şəxs polisə xəbər verib.

Xoşbəxtlikdən uşaq sağ qalıb. Məhkəmədə qadın etdiyi əməli boynuna alıb.

Onun barəsində bir il altı ay azadlıqdan məhrumetmə cəzası tətbiq edilib və valideynlik hüququ əlindən alınıb.

Uşağın qəyyumluğu ata tərəfdən qohumlarına verilib. Məlum olub ki, qadın bundan başqa iki uşağının da valideynlik hüququndan məhrum edilib.